Fransa çempionatının 10-cu turunun “Ayaçço” ilə oyunu Dimitri Payet üçün əlamətdar olub.
O, “Marsel”in 1:2 hesabı ilə uduzduğu matçda komandasının yeganə qolunu vurub. 35 yaşlı yarımmüdafiəçi Liqa 1-də 100-cü qoluna sevinib. Payet bu liqanın tarixinə həm azı 100 qol, həm də 100 məhsuldar ötürmə müəllifi olan ilk oyunçu kimi düşüb. Dimitrinin hesabında 102 assist olduğunu da qeyd edək.