Ovusu və Panadero nə vaxt “Qarabağ”a qoşulacaq? - AÇIQLAMA

7.06.2022 23:09 768
Ölkə futbolu
Premyer-liqanın son çempionu “Qarabağ” iyunun 9-dan yeni mövsümün hazırlığına start verəcək.

“Football-plus.az” xəbər verir ki, Ağdam təmsilçisinin millilərdə çıxış etməyən bütün futbolçuları toplanışa qatılacaq. İcarədən qayıdan Kvabena Ovusu ilə Qaspar Panaderonun da hazırlıq prosesində iştirakı gözlənilir. Bu məlumatı saytımıza açıqlamasında klubun mətbuat katibi Gündüz Abbaszadə dedi:

“Bildiyiniz kimi, komandamız iyunun 9-da hazırlığa başlayacaq. Hər iki futbolçunun toplanışın ilk günlərində komandaya qoşulması gözlənilir”.

İLKİN SULTANLI