Ovusu yenidən Türkiyəyə qayıda bilər

14.06.2022 10:21 577
Premyer-liqa
"Qarabağ" klubunun futbolçusu Ovusu Kvabena karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

"Football-plus.az" yerli mətbuata istinadən xəbər verir ki, "Sakaryaspor" 25 yaşlı hücumçu üçün "köhlən atlar"a təklif göndərib.

Cavabın bu həftə ərzində veriləcəyi gözlənilir. 1-ci Liqaya vəsiqə qazanan komanda qanalı forvardı icarə əsasında və ya birdəfəlik heyətinə qatmaqda maraqlıdır.

Qeyd edək ki, ötən mövsüm icarə əsasında "Ankaragücü"nün formasını geyinmiş Ovusu Kvabenanın "Qarabağ"la 2023-cü ilin yayınadək müqaviləsi var. O, 1-ci Liqada meydana çıxdığı 21 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.