Baş məşqçisi Marselonu "Qarabağ"la matçda meydana buraxmaq istəmir

5.10.2022 15:33 415
Avropa Liqası
"Olimpiakos"un bfutbolçusu Marselo Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı keçirəcəkləri ev matçında iştirak etməyəcək.

"Footbal-plus.az" "Sportdog" nəşrinə istinadən xəbər verir ki, Pirey təmsilçisinin baş məşqşçisi Miçel Qonsales 34 yaşlı müdafiəçini Azərbaycan çempionu ilə matçda meydana buraxmaq istəmir. Braziliyalı oyunçunun oktyabrın 15-dən sonra tam hazır olacağı gözlənilir. Marselonun "Qarabağ"a qarşı oktyabrın 13-də Bakıdakı 4-cü tur qarşılaşmasını da buraxacağı gözlənilir.

Sabah "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçına saat 23.00-da start veriləcək.