"Qarabağ"ın rəqibinin futbolçusu əməliyyat edildi

5.10.2022 11:35 374
Avropa Liqası
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Olimpiakos"un qapıçısı Tomaş Vaçlik əməliyyat edilib.

"Football-plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı qapıçı sağ çiynindən uğurlu əməliyyat keçirib. Çexiyalı 3 ay sonra məşqlərə başlayacaq.

O, Çexiya millisinin heyətində Millətlər Liqasının İsveçrəyə qarşı (1:2) matçında zədələnib.

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.