"Olimpiakos" - "Qarabağ" matçında anşlaq olacaq

5.10.2022 09:19 513
Avropa Liqası
Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyununda anşlaq olacaq.

Football-plus.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Qarşılaşma üçün satışa çıxarılan biletlərin böyük hissəsi satılıb. Hazırda cəmi 4000 biletin qaldığı bildirilir. UEFA-nın məlum cəzası ilə əlaqədar, tribunaların bir qismi də boş qalacaq.

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23.00-da start veriləcək. Sözügedən arena 32 min azarkeş tutumuna malikdi.