“Mançester Siti” oyunçusu ilə razılığa gəldi

30.04.2022 20:04 558
Dünya futbolu
“Mançester Siti”də yeni müqavilə ilə bağlı xəbər yayılıb.

"Football-plus.az"ın məlumatına görə, İngiltərə mənbələri rəhbərliyin Fil Foden ilə danışıqlarda müsbət nəticəyə nail olduğunu qeyd edir. 21 yaşlı hücuumçu ilə prinsipial razılıq əldə edilib.

Fodenin tezliklə müddəti 2027-ci ilə qədər nəzərdə tutulan anlaşmaya qol çəkməsi gözlənilir. Gənc futbolçunun maaşının artırılacağı da məlum olub. MS-nin yetirməsi olan Filin həftəyə 150 min funt sterlinq maaş alacağı qeyd edilir.