Bakılılar rumıniyalı baş məşqçi Laurentsiu Regekampfın gəlişindən sonra bir neçə transfer reallaşdırıb. Mütəxəssis həmçinin iki futbolçunun komandadan göndərilməsi ilə bağlı rəhbərliyə müraciət edib. Bunlar hücumçu Mirabdulla Abbasovla yarımmüdafiəçi Fəhmin Muradbəylidi.
Artıq bütün premyer-liqa klubları hazırlığa start verib. Belədə “Neftçi”dən ayrılan bu iki futbolçu hara üz tuta bilər? Görəsən, onlara təklif var? Mirabdulla bu barədə çox danışmaq istəmədi və hələ ki komandadan ayrılmadığını dedi. Fəhmin isə gözləmə mövqeyindədi:
“Klub rəhbərliyi ilə danışığımız oldu və bu qərara gəldik. Qərara hörmətlə yanaşıram, komandaya uğurlar arzulayıram. Çempionat bitəndə bəzi təkliflər var idi. Amma mən fikrimi tam “Neftçi”yə yönəltmişdim. Komandadan ayrılmağımla bağlı xəbər gec gəldi. Klublar transferləri, demək olar ki, yekunlaşdırıblar. Ona görə də hələ heç bir təklif yoxdu”.
ŞAİR ABDULLA



