UEFA Maksimi təbrik etdi

1.10.2022 18:49 319
Ölkə futbolu
UEFA millinin və "Qarabağ"ın kapitanı Maksim Medvedevi doğum günü münasibətilə təbrik edib.

"Football-plus.az" xəbər verir ki, qurumun rəsmi “tvitter” səhifəsi sentyabrın 29-da 33 yaşını tamamlayan müdafiəçinin fotosunu paylaşıb. Postda təcrübəli futbolçunun peşəkar karyerası ərzində yalnız Ağdam klubunun formasını geydiyi vurğulanıb.

Bildiyiniz kimi, Maksim 2006-cı ildən "Qarabağ"da çıxış edir.