Mahir Emrelidən "Qarabağ"a özəl təbrik

4.05.2022 13:36 713
Ölkə futbolu
Xorvatiyanın "Dinamo" klubunda çıxış edən Mahir Emreli "Qarabağ"ı Azərbaycan çempionu olması münasibətilə təbrik edib.

"Football-plus.az" xəbər verir ki, 25 yaşlı hücumçu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla fotosunu və "Qarabağ"ın çempion olduğu oyundan video paylaşıb.

Hücumçu "Təbriklər flaqman" sözlərini də yazaraq sevincini izləyiciləri ilə bölüşüb.