Mahirin komandası uduzdu

17.08.2022 01:00 451
Ölkə futbolu / Çempionlar Liqası
Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Football-plus.az
xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su "Budyo Qlimt"lə (Norveç) səfərdə qarşılaşıb. Həmyerlimizin komandası 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Mahir 69-cu dəqiqədə meydana daxil olub.

Çempionlar Liqası, pley-off mərhələsi
İlk oyun
"Budyo-Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0
Qol: Pelleqrino, 37