Rəşad Sadıqovun köməkçisi niyə gözə dəymir? - AÇIQLAMA

27.09.2022 14:37 626
Premyer-liqa / Manşet
Misli premyer liqasında 7 tur arxada qalıb.

Ötən mövsümlə müqayisədə “Zirə” qeyri-sabit çıxış edir. Bu azmış kimi, baş məşqçi Rəşad Sadıqovun köməkçisi Vaqif Paşayev də gözə dəymir. Hər halda, çempionat oyunları zamanı onu ehtiyat oyunçular skamasında görmürük.

"Football-plus.az" saytı olaraq məsələ ilə bağlı Vaqif Paşayevlə əlaqə saxladıq. Təcrübəli mütəxəssisin cavabı belə oldu:

"Bilmirəm, mənim gözə dəyməməyimi hardan çıxardız? "Zirə"nin bütün matçlarında iştirak etmişəm, bundan sonra da orda olacam. Hər şey qaydasındadı. Bu həftə səfərdə baş tutacaq "Turan Tovuz"la oyunda da iştirak edəcəm".


ABDULLA İSMAYILOĞLU