"Zirə" Azərbaycan Premyer Liqasının 28-ci turunda "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edərək, mövsümü bürünc medalla tamamlayıb.
"Football-plus.az" xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qartallar"ın məşqçisi Vaqif Paşayev açıqlama verib:
"Oyun bizim üçün çətin keçdi. İlk hissədə bəzi şeylər alınmırdı. Amma ikinci hissədə oyuna nəzarəti ələ aldıq. Nə qədər istədik ki, qol vuraq, alınmadı. Əlbəttə mövsümü qələbə ilə başa vurmaq istəyirdik. Bürünc medal qazandığımıza görə şadıq. Komandanı təbrik edirəm. Baş məşqçi Rəşad Sadıqovun əməyi görünür. Komanda çox yaxşı oyunlar oynadı. 35 ildir futboldayam. Bu, mənim ən xoş günlərimdən biridir".