Azərbaycanla oyun öncəsi Qazaxıstanda itki

23.09.2022 12:06 317
Yığma
Millətlər Liqasında qrup mərhələsinin sonuncu turunda millimizlə qarşılaşacaq Qazaxıstan millisi oyuna itki ilə çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Asxat Tagibergen cəzalı duruma düşüb.

“Tobol”un futbolçusu bu səbəbdən sentyabrın 25-də Bakıd keçiriləcək görüşdə oynamayacaq. Komandasının kapitanı 5-ci turun Belarusla dünənki görüşündə qırmızı vərəqə alıb.

Qeyd edək ki, Qazaxıstan millisi 13 xalla qrup liderliyini təmin edib və B liqasına vəsiqə qazanıb. Azərbaycan millisi isə 7 xalla 2-cidi.