"Rəqibə necə çətinlik yaradacağımızı bilirik" - Canni De Byazi

21.09.2022 21:20 355
Yığma / Manşet
Millətlər Liqasının 5-ci turunun oyunlarına start verilir.

Millimiz Slovakiya ilə qarşılaşacaq. Oyundan öncə mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi görüş fikirlərini bildirib:

“Komandada yaxşı atmosfer var. Ümid edirəm, oyundan sonra da yaxşı olacaq. Öz oyunumuz haqda düşünməliyik. Kompakt şəkildə oynayaraq qalib gəlməliyik. Hər şey bizdən asılıdı. Ən əsası rəqibdən qorxmamalıyıq. Son dörd matçda göstərdiyimiz oyuna görə az xal toplamışıq. Sabah əldə olunacaq imkanlardan istifadə edərək daha yaxşı nəticə qazanmaq niyyətindəyik. Rəqibə necə çətinlik yaradacağımızı bilirik.

Qara Qarayev nəyə görə milli komandaya dəvət olunmadığını bilir. O ki, qaldı mənim müqaviləmin başa çatmasına, düşünmürəm ki, son iki oyun yekun qərar vermək üçün həlledici olsun. Əlbəttə yekun qərarı AFFA verəcək. Qərar nə olursa, olsun biz əvvəlkitək dost münasibətimizi davam etdirəcəyik”.