"Kəpəz" - "Qarabağ" matçında gəncəlilərin heyətində baş məşqçi əvəzi Xalid Mərdanovun oğlu Zahid Mərdanov debüt etdi.
Görəsən, gənc futbolçu Yaşar Vahabzadənin dönəmində niyə şans qazanmırdı? Məsələ ilə bağlı futbolçunun fikri belə oldu:
"Əslində premyer-liqada debütümü 18 yaşımda "Sabah"da etmişdim. "Kəpəz"də isə ilk oyunuma çıxdım. Bir gəncəli kimi çox xöşbəxtəm ki, doğma komandada debüt etdim. Bundan sonra da üzərimdə işləyib tez-tez şans qazanmaq istəyirəm. Debüt etməyi çox arzulayırdım. Amma görünür, baş məşqçinin seçiminə uyğun gəlmirdim. İstənilən halda, Yaşar müəllimin qərarına hörmət edirəm. Əsas odu, şans qazandım. Bundan sonra doğma "Kəpəz"imdə daha çox şans qazanmaq üçün mübarizə aparacam".