• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kəpəz”i premyer-liqaya rüsvay etmək üçün gətiriblər?

Premyer-liqa

17-07-2022, 15:0

Növbəti mövsüm premyer-liqada iki yeni klub mübarizə aparacaq: “Kəpəz” və “Turan Tovuz”. Əslində onlara “yeni” demək də düzgün deyil. Gəncəlilər 2017/18, tovuzlular isə 2012/13 mövsümündən sonra elitadan uzaq düşüb. Hər iki bölgə ölkənin futbol beşiklərindən sayılır. Adını çəkdiyimiz komandalar fərqli vaxtlarda çempion da olub, avrokubok həyəcanı da yaşayıb.
Bu dəfə yenidən elitaya dönən “Kəpəz”ə, daha doğrusu, klubda yaşananlara toxunmaq istəyirəm. O “Kəpəz” ki, müstəqillik tarixində 3 dəfə qızıl medalları qazanmaqla "Qarabağ" və "Neftçi"dən sonra ölkə çempionu adına ən çox layiq görülən klubdu. Komanda 1995, 1998 və 1999-cu illərdə qazanılan çempionluqlardan başqa, 1 dəfə gümüş, 2 dəfə bürünc medal layiq görülüb, ölkə kubokunun 4 qat qalibidi.
2017/18 mövsümünün sonunda aşağı dəstəyə yuvarlanan “sarı-göylər”in premyer-liqaya dönüşünü gəncəlilər 5 il gözləməli oldu. Nizami yurdunu təmsil edən klubun azarkeşləri gecə-gündüz elita həsrəti ilə yaşayırdı, ən böyük arzuları sevimlilərini ölkənin sayılıb-seçilən klubları arasında görmək idi. Nəhayət, onlar arzusuna çatdı, ötən il divizionda 7-ci pilləni tutan komanda AFFA-nın “green card”ı sayəsində premyer-liqaya döndü.
Yenilənmiş, divizionla müqayisədə heyətini bir qədər gücləndirən “Kəpəz”in “Səbail”lə yoxlama görüşünü izləmək imkanım olmasa da, srağagün “Kapital Bank Arena”da keçirilən “Sumqayıt”la matçına baxdım. Açığı, mövsümlərarası fasilədə Elvin Yunuszadə, Tural Axundov, Zamiq Əliyev, Samir Məhərrəmli, Kamran İbrahimov, Mate Kvirkiya, Georgi Kantariya kimi futbolçuları “rənglərinə bağlayan” “sarı-göylər”in sərgilədiyi oyun o qədər də xoş təsir bağışlamadı. “Kimyaçılar”la matçda fərqlənən braziliyalı Juninyo ilə müqavilə bağlanmasa da, böyük ehtimalla sürəti və texnikası ilə seçilən “sambaçı” və ötən mövsüm “Sabah”dan tanıdığımız Mixeil Erqemlidze növbəti mövsüm gəncəlilərin heyətində olacaq. Komandanın zəif və ağır görünməsinin üstündən bəlkə də “toplanışdadılar, ağır fiziki yükləmələr fonunda oynayırlar” deyib keçmək olar. Ancaq düşərgədə olan ab-hava, kluba yaxın şəxslərin bədbinliyi “Kəpəz” barədə nikbin fikirlər səsləndirməyə əsas vermir. Niyə? Səbəblər çoxdu. Ən əsası isə maliyyədi...
AFFA-nın kölgəsinə sığınan klub
Ölkənin ikinci ən böyük şəhəri Gəncəni “futbolumuzun Məkkəsi” adlandıranlar az deyil. Gəncə SSRİ dönəmində, müstəqilliyin ilk illərində bir çox tanınmış veteran futbolçunun futbolda ilk addımlarını atdığı şəhər kimi özünü tanıdıb. Ancaq bu gün - 22-ci əsrin 22-ci ilində bu ənənədən əsər-əlamət qalmayıb. İndi Gəncə nə futbolu, nə də futbolçuları ilə qürrələnə bilir. Ölkənin ikinci ən böyük şəhərinin komandası AFFA-nın “çörəyinə” möhtac qalıb, qurumun ianəsi hesabına varlığını qoruya bilir. Gəncənin nə İcra Hakimiyyəti, nə də imkanlı adamları adı əzəmətli zirvədən götürülən komandaya sahib çıxır. Obrazlı desək, “Kəpəz” hazırda “milyonçunun dilənçi oğlu”na bənzəyir. Bəli, “sarı-göylər” bu gün məhz belə durumdadı. Vəziyyət o qədər acınacaqlıdı ki, klub rəsmiləri 9 ildən sonra elitaya dönən “Turan Tovuz”a qibtə edir. Gəncənin icra başçısı Niyazi Bayramovla Tovuzun icra başçısı Məmməd Məmmədov arasında müqayisə aparıb, ikincini az qala “futbol tanrısı” kimi qəbul edirlər. Çünki Məmməd bəy vaxtaşırı “boz qurdlar”ın rəhbərliyi ilə görüşür, komandanın problemləri ilə maraqlanır. Bayramovun isə “Kəpəz”ə biganə münasibəti həm klubda çalışanları, həm də azarkeşləri məyus edir. Sponsoru olmayan, İcra Hakimiyyətinin üz çevirdiyi kluba yenə AFFA sahib çıxıb. Ancaq nə vaxta kimi?
Assosiasiya “sarı-göylər”ə vaxt qoyub
Təlim-məşq toplanışına Gəncədə başlayan “Kəpəz” hazırda “Dalğa Arena”ya sığınıb. Komanda gündəlik məşqlərini yığmalar üçün nəzərə tutulan bazada keçirir, gündə 3 dəfə qidalanma ilə təmin olunur. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, “sarı-göylər” hazırlığın ikinci mərhələsini iyulun 17-də başa vurmalı olsa da, AFFA rəhbərliyindən əlavə 3 gün də möhlət istəyib. Çünki komandanın Gəncədə toplanış keçməsi üçün heç bir şərait yoxdu. Hətta Gəncə şəhər stadionunda paltardəyişmə otaqları belə hazır deyil. Futbolçuların harda məskunlaşacağı da məşqçilər korpusunu narahat edən vacib məsələlərdən biridi. Gəncəlilərin üzləşdiyi durumdan xəbərdar olan assosiasiya rəhbərliyi komandaya Mərdəkanda hazırlıq üçün əlavə 3 gün də ayırıb. İyulun 20-də “sarı-göylər” bazanı tərk etməlidi.
İndi klub rəhbərliyini bir sual düşündürür: Mərdəkandan sonra “Kəpəz” hara üz tutsun? Doğma şəhər komandanı qəbul etmir, kənara yollanmağa isə vəsait yoxdu. Belədə “Kəpəz”i elitaya gətirməkdə niyyət nədi? Rüsvay etməkmi?!
RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

23-06-2022, 15:0

Tanınmış mütəxəssis yenidən "Kəpəz"də - RƏSMİ

Premyer-liqa / Manşet

25-06-2022, 13:0

"Kəpəz"lə "Turan Tovuz" yeni mövsümə kimi bu problemi həll edəcəklər

Aktual
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
Son xəbərlər
  • Bu gün, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Bu gün, 21:31
    La Liqada yeni təyinat
  • Bu gün, 21:00
    "İmişli"də ayrılıq
  • Bu gün, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Bu gün, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Bu gün, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Bu gün, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Bu gün, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Bu gün, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Bu gün, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Bu gün, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Bu gün, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Bu gün, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Bu gün, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Bu gün, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Bu gün, 15:35
    Milli komandada yeni müqavilə
  • Bu gün, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Bu gün, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Bu gün, 14:30
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Bu gün, 13:28
    Doğma klubuna qayıtdı
  • Bu gün, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Bu gün, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
Daha çox
Oxunub: 282
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 250
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə