Azərbaycanlı güləşçi Avropa çempionu oldu

3.04.2022 22:56 671
İdman
Bu gün Rafiq Hüseynov (82 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

"Football-plus.az" saytının məlumatına görə, Azərbaycanın Yunan-Roma güləşçisi finalda Gela Bolkvadze ilə qarşılaşıb.

İkiqat Avropa çempionumuz gürcü rəqibinə 2:1 hesabı ilə qalib gələrək üçüncü dəfə qızıl medal qazanıb.