"Zirə" məğlub oldu - YENİLƏNDİ

29.06.2022 18:52 657
Premyer-liqa / Manşet
Təlim-məşq toplanışını Türkiyədə davam etdirən "Zirə" bu gün ilk yoxlama matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Rumıniyanın "Hermanşdatd" klubu ilə üz-üzə gəlib. Boluda baş tutan oyun saat 18.00-da start götürülməli idi. Lakin, hava şəraiti ilə əlaqədar "Zirə" - "Hermanşdatd" (Rumıniya) oyununun başlama vaxtında dəyişiklik olub. Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə 18.00-da yox, 17.00-da "Koru" otelin meydançasında start götürüb.

Yoldaşlıq oyunları
29 iyun
17.00 “Zirə" - "Hermanşdatd" (Rumıniya) 1:2
Qol: Hamidu Keyta, 25 - Parassiv, 62, Baba, 70.