"Milan" millinin üzvü ilə müqavilə müddətini uzatdı

9.09.2022 13:28 293
Dünya futbolu
"Milan" Sandro Tonali ilə müqavilə müddətini uzadıb.

"Football-plus.az" İtaliya mətbuatına istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən 22 yaşlı futbolçu 2027-ci ilin iyun ayına qədər "rossonyerlər"ə məxsus olacaq.

O, illik 2,8 milyon avro maaş alacaq. Tonalinin öncəki müqaviləsi 2026-cı ildə başa çatırdı.

2017-2021-ci illərdə “Breşiya”da oynamış 22 yaşlı yarımmüdafiəçi 1 il öncə “Milan”a keçmişdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul