"Milan" Tonalinin maaşını artıracaq

9.09.2022 23:30 331
Dünya futbolu
"Milan" Sandro Tonalini komandada saxlamaq istəyir.

Klub yeni müqaviləyə əsasən yarımmüdafiəçinin maaşını artıracaq. "Rossoneri" rəhbərliyi 22 yaşlı futbolçu ilə sözləşməni 2027-ci ilə qədər uzatmaq niyyətindədi. Hazırkı anlaşma 2026-cı ildə başa çatır.

Yeni müqaviləyə əsasən, Tonalinin maaşı mövsümdə 1,2 milyon avrodan 3 milyon avroya yüksələcək.