"Qarabağ" bu göstəricilərlə ÇL-də birincidi

10.08.2022 10:51 668
Çempionlar Liqası
Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarından sonra klubların statistik göstəriciləri açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bu raunnda Macarıstanın "Ferentsvaroş" klubunu mübarizədən kənarlaşdıran "Qarabağ" təsnifat mərhələlərində ən çox qol vuran ikinci komandadı. "Atlılar"ın aktivində 14 qol var. Təmsilçimiz yalnız Norveç "Budyo-Qlimt"indən geri qalır - 18 qol.

"Qarabağ" ən çox hücum edən komandalar arasında 3-cü sıradadı. Qurban Qurbanovun tələbələri 6 matçda ümumilikdə 75 dəfə hücuma çıxıb. Bunların 38-i qapıya zərbə ilə tamamlanıb, 23-ü isə uğursuz qalıb. 14 hücumun qarşısı blokla alınıb.

Azərbaycan çempionu ən çox künc zərbəsindən istifadə edən komandadı. "Qarabağ" oyunlarda ümumilikdə 46 dəfə küncə yaxınlaşıb.

Təmsilçimiz ən çox qayda pozuntusuna yol verən komandalar arasında 1-cidi. 91 dəfə kobud oynayan "atlılar" 86 dəfə də sərt oyunla üzləşib. Faula məruz qalmada "Qarabağ" 2-ci sıradadı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul