Avropa Liqasında qrup mərhələsinə start verilib.
"Qarabağ" səfərdə "Frayburq"a məğlub olub - 1:2. Oyundan sonra rəqibin baş məşqçisi Kristian Ştrayxın mətbuat konfransı keçirilib. Mütəxəssis oyun barədə bunları deyib:
"Rəqibi analiz etmişdik. Onların Çempionlar Liqasının təsnifat mərhələsindəki görüşlərini izləmişdik. "Qarabağ" güclü komandadı. Bu matçın belə keçəcəyini gözləyirdim. İlk 20 dəqiqədə çox yaxşı oynadıq. Qələbəyə layiq olduğumuzu düşünürəm.
Qurbanova Bakıya gedəcəyim üçün və belə rəqibə qarşı mübarizə apardığımız üçün şad olduğumu bildirdim.
Qrupda hər 4 komanda eyni gücdədi. Hələlik kimin birinci və ya dördüncü olacağını deyə bilmərəm. Amma bilərəm ki, onların arasında da fərq çox olmayacaq".