"Çelsi" baş məşqçisi Tomas Tuheli istefaya göndərib.
"Footbal-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ötən gün Çempionlar Liqasının qrup mərhələsində Zaqreb "Dinamo"suna 0:1 hesablı məğlubiyyət 49 yaşlı mütəxəssislə yolların ayrılmasına səbəb olub.
Qeyd edək ki, Tuhel ötən ilin yanvar ayından London təmsilçisini çalışdırırdı.