"Çelsi" Rafinyanı transfer edir

29.06.2022 20:52 464
Dünya futbolu
"Çelsi" heyətinə yeni futbolçu qatmağa yaxındı.

"Football -plys.az" xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Klub "Lids Yunayted"lə Rafinya Diazın transferi üçün razılığa gəlib. "Zadəganlar" bu keçidə görə qarşı tərəfə 60 milyon sterlinq ödəyəcəklər. Bildirilir ki, "Çelsi" 25 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilədək müqavilə imzalayacaq.

Qeyd edək ki, Rafinya ötən mövsüm Premyer Liqada 35 oyunda 11 qol vurub və 3 qolun ötürməsini verib.