Dünya ulduzu "Qarabağ"da oynamağa razılıq verdi

5.09.2022 14:19 24 835
Manşet / Günün xəbəri
Vacinin gedişindən sonra "Qarabağ"ın transfer səyləri boşa çıxır.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi bir neçə futbolçu ilə danışıqlar aparsa da, müxtəlif səbəblərə görə keçid baş tutmayıb.

Tanınmış infuluenser Orxan Rzayev isə şəxsi "feysbuk" hesabında etdiyi paylaşımla diqqəti cəlb edib. Onun sözlərini diqqətinizə çatdırırıq:

"Bir neçə gün öncə klubsuz olan Dieqo Kostanın agenti ilə oyunçunun "Qarabağ"a potensial keçidi barədə söhbət edirdik. Çox maraqlıdı ki, adam bunun mümkün olduğunu dedi. Maaş və digər şərtləri müzakirə etdik. Mümkün görünən bir transfer idi. Sonra bu sektorda olan bir dostuma bu haqda məlumat verdim, qısaca dedi ki, vaxt itirmə. Dediyi kimi də etdim.

Düşünün ki, Vacinin gedişini 33 yaşlı, əla formada olan dünya ulduzu doldurur. Meydandakı performansı bir kənara qoyaq, forma satışı, eventlər və s. Qarabağ'ın qazancını təsəvvür edin. Eyni zamanda Avrokuboklarda komandaya qazandıracağı 2-3 qələbə ilə maaşının pulunu çıxaracaqdı zatən... Dünən xəbər çıxdı ki, İngiltərə premyer-liqa klubu "Vulverhempton" Dieqo Kostanı transfer etməyə yaxındı.

Azad agent olan digər bir futbolçu isə Real Madridin əfsanəsi Marcelo idi. O da bir neçə gün öncə "Qarabağ"ın Avroliqadakı rəqibi Olimpiakosa keçdi...".


Qeyd edək ki, Orxan Rzayevə məxsus "Eleven Kings Game" tanınmış futbolçu Ronaldinyo ilə ortaqlıq edir.

ŞAİR ABDULLA