Football-plus.az xəbər verir ki, Ağdamlılar sentyabrın 8-də “Frayburq”un qonağı olacaq. Bakını ayın 6-sı, saat 17.00-da tərk edəcək son çempion çarter reysi ilə İsveçrənin Bazel şəhərinə, ordan da avtobusla Frayburqa yollanacaq. Buna səbəb adı çəkilən şəhərdə hava limanının olmamasıdı. Qurban Qurbanovun komandası sentyabrın 9-da, Almaniya vaxtı ilə 11.30-da Bakıya dönəcək.
Hər dəfə “Qarabağ”ın yerləşdiyi oteli də diqqətinizə çatdırırdıq. Bu dəfə isə bunu qeyd etməyəcəyik. Səbəb rəqib azarkeşlərin səfər oyunları zamanı komandaya problem yaratmasıdı. Sən demə, Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə oyundan öncə Ağdam təmsilçisi “Marriott” otelində azarkeşlərin hücumuna məruz qalıb. Bu məlumatı qəzetimizə açıqlamasında “Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadə vedi:
“Viktoriya” ilə oyundan öncə bir nəfər məskunlaşdığımız oteldə futbolçularımızın qaldığı mərtəbəyə keçməyə cəhd etdi. Biz polisə məlumat verəndən sonra o, qaça bildi. Ardınca da gecə saatlarında azarkeşlər otelin önünə toplaşdılar. Onlar fişəng və pirotexniki vasitələrdən istifadə etdilər. Yəni belə problem yaşadıq”.




