"Qarabağ" Çexiyada seçimini etdi

20.08.2022 12:30 933
Aktual / Manşet
Bildiyiniz kimi, Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Viktoriya” ilə qarşılaşacaq “Qarabağ” avqustun 22-də Çexiyaya yollanacaq.

Football-plus.az xəbər verir ki, komandanı Praqa şəhərinə aparacaq təyyarə saat 09.30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından havaya qalxacaq. Ağdamlılar paytaxtda yerləşən “Marriott” otelində məskunlaşacaq.

Bu görüş Ağdam təmsilçisi üçün çox vacibdi. Azərbaycan klubu tarixində ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilər. Görəsən, matç günü “köhlən atlar”ı dəstəkləyənlər olacaq? Bunun üçün kluba müraciət ediblər? Suallarımızı “Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadəyə ünvanladıq:

“Bəli, kluba müraciət ediblər. Lakin bilet satışı oyun günü stadionun qarşısında olacaq”.