Azərbaycan klubunun Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi

25.08.2022 10:44 330
Ölkə futbolu
Minifutbol üzrə Çempionlar Liqasının püşkü atılıb.

Football-plus.az xəbər verir ki, ölkəmizin təmsilçisinin turnirdəki rəqibləri də müəyyənləşib.

Püşkmatanın nəticəsinə əsasən “Beerbaşa” komandası EMF Çempionlar Liqasının B qrupunda ÇL-in ötənilki finalçısı və Rumıniya çempionatının gümüş mükafatçısı “AEK ORADEA”, Bolqarıstan təmsilçisi “DXC Technology” və Çexiya komandası “G.I.C. La Plate de Cünde Praha” ilə mübarizə aparacaq.

B qrupu:
“Beerbaşa”
“AEK ORADEA”
“DXC Technology”
“G.I.C. La Plate de Cünde Praha”

Artıq oyunların təqvimi də dəqiqləşib.
31 Avqust, 1-ci tur
“Beerbaşa” - “G.I.C. La Plate de Cünde Praha”

1 Sentyabr, 2-ci tur
“Beerbaşa” - “DXC Technology"

2 Sentyabr, 3-cü tur
“Beerbaşa” - “AEK ORADEA”