"Barselona"növbəti transferini açıqladı

4.07.2022 18:53 409
Dünya futbolu
"Barselona" növbəti transferini rəsmiləşdirib.

"Football-plus.az" xəbər verir ki, Kataloniya təmsilçisi "Çelsi"dən ayrılan Andreas Kristenseni heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

"Barselona" bundan əvvəl "Milan"dan ayrılan Frank Kessyenin transferini açıqlamışdı.