"Sent-Etyen"ə (Fransa) transfer olunan İbrahima Vaci şəxsi "instaqram" hesabında paylaşım edib.
Football-plus.az xəbər verir ki, seneqallı forvard Ağdam təmsilçisi və azarkeşləri ilə vidalaşıb:
"Bütün "Qarabağ" ailəsinə, klubda çalışanlara, əziz qardaşlarıma azarkeşlərə salam! Bu, bir vida məktubudu. Təəssüf ki, gözlənilməz səfərim səbəbimdən bunu sizinlə üzbəüz deyə bilmirəm. Amma bilin ki, özümlə, kollektiv emosiyalarını və çoxlu gözəl anlar aparıram. Tez bir zamanda bitsə də bu, insani keyfiyyətlər və peşə baxımında böyük bir macəra idi. Qalan hər şeydə uğurlar, təşəkkürlər!".
Qeyd edək ki, Vaci bu gün "Sent-Etyen"lə 3 illik müqavilə imzalayıb.
