Vaci bu gün "Sent-Etyen"lə müqavilə imzalayacaq

30.08.2022 09:21 425
Dünya futbolu
"Qarabağ"ın sabiq futbolçusu İbrahima Vaci Fransanın "Sent-Etyen" klubu ilə müqaviləyə bu gün imza atacaq.

Football-plus.az "Le Progres"ə istinadən xəbər verir ki, seneqallı hücumçunun sözləşməsi sol cinah müdafiəçisi Leo Petro və yarımmüdafiəçi Toma Monkondui ilə eyni gündə qüvvəyə minəcək.

27 yaşlı forvardın anlaşma müddəti 3 illik olacaq.

Qeyd edək ki, İbrahima Vacinin transferi üçün "Qarabağ"a 1 milyon avrodan çox məbləğ ödəniləcək.