"Məqsədlərimizə çatmaq üçün hər şeyi edəcəyəm" - Vaci

30.08.2022 11:48 370
Dünya futbolu
"Qarabağ"dan "Sent-Etyen"ə keçən futbolçu İbrahima Vaci klubun rəsmi saytına açıqlama verib.

Football-plus.az xəbər verir ki, 27 yaşlı hücumçu hazırda özünü yaxşı hiss etdiyini və yeni komandasının formasını geyinməyə hazır olduğunu bildirib:

"Fransaya və xüsusən, belə bir kluba qoşulduğum üçün çox xoşbəxtəm. Məqsədlərimizə çatmaq üçün hər şeyi edəcəyəm".


Qeyd edək ki, "Sent-Etyen" İbrahima Vacinin keçidi üçün "köhlən atlar"a 1 milyon avrodan çox vəsait ödəyəcək. Seneqallı forvard 2025-ci ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atıb. O, "Qarabağ"a 2021-ci ilin avqustunda transfer olunub.