"Barselona" yeni transferini qeydiyyatdan keçirə bilmir

22.08.2022 14:35 354
Dünya futbolu
"Barselona" bu yay heyətinə qatdığı Jül Kundenin xidmətindən hələ də istifadə edə bilmir.

"Football-plus.az" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu fransalını La Liqada qeydiyyatdan keçirməyi bacarmayıb.

Buna səbəb isə klubda maliyyə problemlərinin ortaya çıxmasıdı.

Kataloniya təmsilçisi çempionatı keçirən qurumun maaş və xərc limitini aşmasına görə yalnız 4 transferi qeydiyyatdan keçirə bilib.

Kunde "Barsa" ilə beş illik müqavilə imzalayıb.