Memfis Depayın "Barselona"dan "Yuventus"a transferi son mərhələdədi.
Football-plus.az xəbər verir ki, futbolçunun "Yuventus"da maaşı ildə 5 milyon avro olmalıdı. Turinlilər əlavə bonus olaraq daha 2 milyon avro ödəyə bilərlər.
Depay ötən yay "Lion"dan azad agent olaraq "Barselona"ya keçib. O, Kataloniya klubunda 37 oyuna çıxıb, 13 qol vurub və 2 məhsuldar ötürmə edib.