AZƏRBAYCANDA İLK DƏFƏ: Referi ilə VAR hakimlərinin dialoqları yayınlandı - VİDEO

23.08.2022 09:42 4 417
Premyer-liqa / Manşet
Dünən "CBC Sport" kanalının efirində "Bizim Futbol" verilişi yayınlanıb.

Football-plus.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşekin qonaq olduğu proqramda Misli premyer-liqasının 3-cü turunda baş verən müəmmalı epizodlar şərh olunub.

Verilişdə Azərbaycan tarixində ilk dəfə VAR otağında yer alan hakimlərlə referilərinin danışıqlarının görüntüləri tamaşaçılara təqdim olunub.