• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AFFA hakimliklə bağlı səsvermənin nəticəsini gizlədir

Aktual / Günün xəbəri

30-06-2022, 18:0

Srağagün AFFA-nın inzibati binasında Azərbaycan premyer-liqasının 2021/22 mövsümündə fərqlənən referi və referi köməkçisinə “Tofiq Bəhramov mükafatı” təqdim olunub.

Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, Hakimlər Komitəsinin sədri Frits Stuxlik və futbol veteranı Rüstəm Rəhimov iştirak edib.

Yazılı səsvermə nəticəsində “Tofiq Bəhramov mükafatı”na referi Elçin Məsiyev və referi köməkçisi Namik Hüseynov layiq görülüb. Mükafatın əsasnaməsinə uyğun həyata keçirilən səsvermədə PFL-in prezidenti, premyer-liqa klublarının baş məşqçisi və kapitanı, Hakimlər Komitəsinin və Futbol Hakimləri Birliyinin sədri iştirak edib. Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin 29 yanvar 2021-ci il tarixli iclasında mövsüm ərzində fərqlənən hakimlərə təqdim olunması üçün “Tofiq Bəhramov mükafatı”nın təsis olunması barədə qərar qəbul olunub, komitənin 31 may 2021-ci il tarixli iclasında isə mükafatın əsasnaməsi təsdiqlənib.

Müstəqillik illərində ilk dəfə mövsümün sonunda fərqlənən ədalət təmsilçilərinə xüsusi mükafat təqdim olunur. Ancaq “Tofir Bəhramov mükafatı”nın son illər adından söz etdirən Əliyar Ağayevə yox, Frits Stuxlikin gəlişindən sonra üzə çıxan Elçin Məsiyevə təqdim olunması bir qədər gözlənilməzdi. Düzdü, laureatın səsvermə ilə müyyənləşdiyi, səsvermədə klubların baş məşqçiləri və kapitanlarının, həmçinin PFL prezidentinin iştirak etdiyi bildirilir. Ancaq yenə də Məsiyevin 2013-cü ildən sinəsində FİFA referisi loqosu gəzdirən, ali futbol qurumunun 1-ci kateqoriyalı hakimlər qrupunda yer alan Ağayevi qabaqlaması bir qədər müəmmalı görünür.

Məsələ ilə bağlı Veteranlar İttifaqının vitse-prezidenti, beynəxalq dərəcəli hakim, srağagünkü mükafatlandırma mərasimində iştirak edən Rüstəm Rəhimovla əlaqə saxladıq:

“Tofiq Bəhramov mükafatı” mövsüm ərzində özünü yaxşı tərəfdən göstərən hakimlərə təqdim olunur. Bu dəfə mükafat baş hakimlər arasında Elçin Məsiyevə, laysmanlardan isə Namik Hüseynova təqdim olundu. Mükafatçılar səsvermə yolu ilə müyyənləşib. Bəli, mən komissiyanın rəhbəriyəm. Ancaq səsvermənin nəticələri ilə tanış deyiləm. Mənə, sadəcə, yekun nəticə təqdim olunub və deyilib ki, bu referilər səsvermə sayəsində qalib olublar”.


Səsvermənin nəticəsinin mükafatı təqdim edən komisiyanın rəhbərinə təqdim olunmaması gülməlidi. Səsvermə şəffaf olubsa, niyə nəticə Rüstəm bəyə təqdim olunmayıb? Ümumiyyətlə, yaxşı olardı ki, kimin kimə səs verdiyi ictimaiyyətə açıqlanardı. Bu da maliyyə sirri deyil ki, AFFA rəhbərliyi onu gizli saxlasın.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla isə məsələ ilə bağlı bunları söylədi:

“Əsasnamədə də qeyd olunub ki, səsvermənin nəticəsi gizli qalmalıdı. Bu üzdən kimin kimə səs verdiyinin ictimaiyyətə açıqlanmaması normaldı. Səsvermənin nəticəsi Hakim və Hakim-İnspektorlar Departamentindədi”.


RƏŞAD

Paylaş:
Digər xəbərlər

İdman

28-06-2022, 14:0

"Tofiq Bəhramov mükafatı"nın qalibləri bilindi

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə