Mahirin komanda yoldaşı Almaniya klubunda

28.06.2022 09:37 353
Dünya futbolu
"Volfsburq" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Bundesliqa təmsilçisi Bartol Franyiçi transfer edib. Bu barədə "canavarlar"ın mətbuat xidməti məlumat yayıb.

22 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. "Volfsburq" Franyiç üçün klubu "Dinamo"ya (Zaqreb) 7,5 milyon avro ödəyib.

Mahirin komanda yoldaşı Almaniya klubunda