"Olympic Hopes 2022" beynəlxalq karate turniri keçiriləcək

22.08.2022 12:35 514
İdman
27-28 Avqust tarixlərində Bakı İdman Sarayında "Olympic Hopes 2022" beynəlxalq karate turniri keçiriləcək.

"Football-plus.az" Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, uşaqlar arasında təşkil edilən yarış Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təşəbbüsü ilə Avropa Karate Federasiyasının təqvim planına daxil edilib. Yarışdan bir gün əvvəl isə tanınmış Azərbaycan karateçiləri Rafael Ağayev və İrina Zaretskanın idarə edəcəyi seminar nəzərdə tutulub.

Uşaqlar arasında "Olympic Hopes 2022" Beynəlxalq Karate Turnirində Küveyt, Özbəkistan, Litva, Amerika Birləşmiş Ştatlar və Azərbaycandan 6-13 yaş arası 300-dək idmançı iştirak edəcək. Yarışın idarə edilməsinə bir neçə ölkədən beynəlxlaq hakimlər dəvət edilib.

AMKF bu turnirin hər il yay aylarında keçirilməsində və idmançı uşaqların məktəb tətili dövründə bir neçə günlük beynəlxalq idman düşərgəsi olmasında maraqlıdır.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul