Avropa çempionatı bu ölkədə keçiriləcək

25.05.2022 16:53 633
İdman
Karate üzrə 2023-cü il Avropa çempionatına ev sahibliyi edəcək ölkənin adı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Dünya Karate Federasiyasının (WKF) rəsmi saytı məlumat yayıb. Yarışa İspaniya ev sahibliyi edəcək. Avro-2023 Qvadalahara şəhərində təşkil olunacaq. Qərar qurumun Türkiyənin Qaziantep şəhərindəki keçirilən konqresində qəbul edilib.

Toplantıya EKF-in İcraiyyə komitəsinin üzvü və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da qatılıb.

Bu gün Qaziantepdə Avropa çempionatı start götürüb.