3 karateçimiz Dünya Oyunlarında

12.03.2022 10:57 391
İdman
Azərbaycan karateçiləri daha bir mötəbər yarışın iştirakçısı olacaq.

Dünya Karate Federasiyası (WKF) İrina Zaretskanın (-68 kq), Asiman Qurbanlı (84+ kg) və Roman Heydərlinin (kata) Dünya Oyunlarına qatılacağını təsdiqləyib.

Nüfuzlu multi-idman oyunlarının kişi və qadınlar arasında bütün çəki dərəcələri və kata yarışlarının hər birində 8 idmançı olmaqla 96 karateçi mübarizə aparacaq. Bu il Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində qarşıdakı Dünya Oyunlarının karate yarışları 8-9 iyul tarixlərində keçiriləcək.

İştirakçılar arasında dünya və qitələrin, eləcə də Olimpiadanın qalib və mükafatçıları yer alıb. Milli komandanın üzvləri yüksək əyarlı medallara namizədlərdən sayılır.