Maksim Medvedev hələ komanda ilə məşqlərə qatılmayıb

22.08.2022 09:56 499
Ölkə futbolu / Çempionlar Liqası
"Qarabağ"ın kapitanı Maksim Medvedev Çexiyada "Viktoriya" (Plzen)-ə qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu buraxacaq.

"Footbal-plus.az" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib. 50 yaşlı mütəxəssis təcrübəli müdafiəçinin hələlik kollektivlə məşqlərə qatılmadığını və fərdi hazırlığa yeni başladığını bildirib.

Avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23.00-da start götürəcək.