"Footbal-plus.az" xəbər verir ki, o, Çexiyaya səfərə yollanmazdan öncə Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib:
"Hər şey yolunda və qaydasındadı. Bizə təkcə cavab qarşılaşmasında yaxşı oyun göstərmək qalır".
Təcrübəli mütəxəssis komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib:
"Hazırlığımız pis alınmayıb. "Turan Tovuz"la Premyer Liqanın 3-cü turundakı matç təxirə salınmışdı. Görüşə daha rahat hazırlaşmaq imkanımız olub. Amma yenə də vaxtımız az idi. Hər halda proqramımızda dəyişiklik etdik. Biz daha çox iki gün əvvəl səfərə çıxırıq. Amma bu dəfə bir gün əvvəl Çexiyaya yollanırıq. Əlavə məşqə də ehtiyacımız var idi. Bu səbəbdən belə addım atdıq".
Avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23.00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.





