Azərbaycan üzgüçüsü özünün ikinci, millimizin 3-cü medalını qazandı - KONYA-2021

17.08.2022 20:10 314
İdman
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülərindən 3-cü medal gəlib.

Üzgüçülük Federasiyasının mətbuat xidməti xəbər verir ki, komandamızın üzvü Məryəm Şeyxəlizadəxangah 100 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında 01.02.24 nəticə ilə İslamiadada gümüş medal qazanıb.