Abakarov gümüş medal qazandı - KONYA-2021

10.08.2022 22:01 337
İdman
Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında millimiz növbəti medalını qazanıb.

Football-plus.az xəbər verir ki, yığmamız sərbəst güləş növündə daha bir medal sevinci yaşayıb. Təmsilçimiz Abubakr Abakarov (86 kq) həlledici görüşdə iranlı Alirza Kərimi ilə qarşılaşıb. İdmançımız görüşdə 0:9 hesabı ilə geridə olduğu vaxt zədələnib. O, mübarizəni davam etdirə bilməyib və yarışı gümüş medalla başa vurub.