Azərbaycan üzgüçüsündən İslamiadada gızıl medal - KONYA-2021

16.08.2022 21:02 321
İdman
Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü uğura imza atıb.

Üzgüçülük Federasiyasının mətbuat xidməti xəbər verir ki, komandamızın üzvü Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında 01.58.26 göstərici ilə bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb.