Türkiyəli forvard "Everton"dan ayrıldı

27.05.2022 15:32 407
Dünya futbolu
Türkiyə millisinin hücumçusu Cenk Tosun İngiltərənin “Everton” klubu ilə vidalaşıb.

"Football-plus.az" xəbər verir ki, forvard Liverpul təmsilçisində 4.5 mövsümlük karyerasını başa vurduğunu sosial şəbəkə hesabında paylaşıb. Türkiyəli müqaviləsinin müddəti bitdiyi üçün azad agent statusu alıb.

Xatırladaq ki, Cenk Tosun 2018-ci ilin yanvarında “Beşiktaş”a rekord transfer məbləği – 28 milyon avro qazandıraraq İngiltərə klubuna keçmişdi. O, premyer-liqa klubunda cəmi 61 matça çıxıb, 11 qol vurub.

30 yaşlı hücumçu 2019/20 mövsümünün qış fasiləsində “Kristal Pelas”a, ötən mövsümün qış fasiləsində isə “Beşiktaş”a icarəyə verilmişdi.