Millimizdən üçüncü medal - KONYA-2021

9.08.2022 19:33 369
İdman
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları keçirilir.

Football-plus.az xəbər verir ki, millimiz yarışda növbəti medalını qazanıb. Üçtəkanla tullanma növündə mübarizə aparan Aleksis Kopello fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Bu, Azərbaycanın İslamiadada qazandığı 3-cü medaldı. Kopelloya qədər Anna Skidan çəkicatmada qızıl, Həşim Məhəmmədov isə taekvondoda bürünc medala sahib çıxıb.