Benzema “Qızıl top”a iddiasıyla bağlı sualı cavabladı

30.05.2022 19:03 359
Dünya futbolu
Artıq çoxları bu il “Qızıl top”un Kərim Benzemaya qismət olacağını düşünür.

"Football-plus.az" xəbər verir ki, “Real”ın Çempionlar Liqasında 14-cü zəfərindən sonra fransalı hücumçunun bu mükafata sahib çıxmaq şansı birəbeş artıb. Bəs görəsən, Kərim bu haqda nə düşünür? O, daha da aktuallaşan sualı belə cavablayıb:

“Bundan yaxşı çıxış edə bilməyəcəyimi düşünürəm. İstənilən halda mövsüm ərzində qazandığım uğurlarla fəxr edirəm. “Real” bütün dünyaya dərs verdi. Sağ olduğumuzu göstərdik. Baxarıq, görək “Qızıl top”la bağlı məsələ necə olacaq. Mənim titullarım və meydanda digər nailiyyətlərim var”.