• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Azərbaycanda futbola maraq artıb" - Qurban Qurbanov

Manşet / Çempionlar Liqası

16-08-2022, 12:0

Sabah Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" "Viktoriya"nı (Plzen) qəbul edəcək.

Football-plus.az xəbər verir ki, bu gün görüşdən öncə keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov iştirak edib. 50 yaşlı mütəxəssis görüş haqda fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:

“Qrupa düşmək üçün son rəqibdi. Fərqli oyunlar oynadıq, rəqiblərə qarşı çıxış etdik. “Viktoriya" digərlərindən tam fərqlənir. Çexiya futbolu həmişə oyun intizamına görə digərlərindən fərqlidi. Oyunlarına baxırıq. Verilən tapşırıqları sevə-sevə yerinə yetirirlər. Atletik futbola üstünlük verirlər. İstənilən halda bu cür komandalara qarşı oynamışıq. Böyük ehtimalla bu görüşdə daha çox güc sərf eləməli olacağıq. Həm Bakıda, həm də səfərdə futbolçularım çox dözümlü olmalıdı. Son sınaqdan faydalı çıxmağa çalışacağıq. Ən azı azarkeşlərimizi yaxşı oyunla, mübarizə ilə sevindirmək istəyirik. Hiss olunur ki, görüşə maraq böyükdü. Oyunumuzla azarkeşlərin inamını qorumağa çalışacağıq. İnanıram ki, onları razı sala biləcəyik".


- 6 il əvvəl də "Viktoriya" ilə qarşılaşmışdız. Bu müddətdə "Qarabağ" və Qurban Qurbanov nələrə nail olub?
- Bəli, bu komanda ilə oynamışıq və mərhələ adlayan tərəf onlar olmuşdu. Yaxşı xatırlayırıq, çox qol imkanlarımız olmuşdu. Amma onlar son dəqiqələdə imkan yaxalayaraq qol vurdular. Hər oyun mənim və komandam üçün böyük addımdı. İldən-ilə təcrübəmiz artır. Amma yenə də hamımız üçün çox azdı. Daha çox təcrübə toplamalıyıq. Böyük təcrübə də bu oyunlarda qazanılır. Çempionlar Liqasında gərginlik, həyəcan digərlərindən çox olur. Azarkeşlər də istəyirlər ki, komandamız qrupda yer alsın. Bu da məsuliyyətimizi artırır. Belədə həyəcan da artır. Əvvəlki illərə nisbətən daha soyuqqanlı davranırıq və təcrübəmiz hiss olunur.

- "Qarabağ" həm Polşa və Macarıstan azarkeşində Azərbaycan futboluna qarşı münasibəti dəyişib. Növbəti rəqib isə heç vaxt klublarını məğlub etmədiyimiz Çexiya klubudu. Bu sindromunu da qırmaq mümkün olacaqmı?
- Bu il gərgin oyunlarımız çox oldu. Polşa, İsveçrə və Macarıstan çempionları ilə qarşılaşdıq. Bizə həmişə yuxarıdan aşağı baxıblar fikrini demək istəmirəm. Amma futbol bu ölkələrdə bizim düşünmədiyimiz şəkildə inkişaf edir. Biz onlarla qarşılaşanda da ciddi çətinliklər çəkirik. Macarıstan bu ölkələrdən biridi. Bizim ümumi illik planlarımız var. Həmişə futbolçularıma arxayın olmuşam. Rəqib haqda tanışlıq verdikdə bunu diqqətlə, istəklə qarşılayırlar. Futbolçularımla birlikdə daha bərk, möhkəm olub, xarakter göstərərək, yaxşı oynayacağımıza inanıram. Təəssüf ki, rəqib də belə düşünür. Bəlkə fərqli oyun göstərdilər. Futbolçuların oyunun gedişində düzgün düşünməsi, hiss etməsi qalibiyyətimiz üçün üstünlük olacaq. Bunu etsələr, qələbə əldə edə biləcəyik. Rəqib 5-6 futbolçu ilə sürətli hücuma çıxır və standart vəziyyətlərdən bacarıqlıdı. Son 6 oyunda fərqləndikləri 15 qolun 7-ni standart vəziyyətlərdən vurublar. Çalışacağıq ki, meydanın bizə aid hissəsində az olsunlar.

- Havanın isti olmasını bizim üçün üstünlük saymaq olar?
- Bakının istisi mənim üçün həmişə xoş olub, digər ölkələrin havasından fərqlənib. İsti havada məşq prosesi keçmək əlavə enerji alır. Eyni məşqi sərin havada keçirdiyimiz zaman digərindən çox faydalı olur. Məşqin sürəti, keyfiyyəti fərqlənir. Belə olduqda futbol daha yaxşı inkişaf edir. Avropa futbolunun üstünlüklərindən biri də onun iqlimidi. Onlar çox az müddətdə isti havada hazırlaşırlar. Bizdə isə isti havada istədiyin sürət olmur. Bu da hər bir futbolçu üçün geriyə addım deməkdi. Digər komandalar daha hazırlıqlı gəlirlər, nəinki biz. İstədikləri yükləməni futbolçulara verə bilirlər, amma biz bunu əldə edə bilmirik. İsti havada hazırlıq olmayan futbolçu üçün daha təsirli olur. Bu barədə müəyyən addımlar atırıq, məşqləri tez saatlara salmağa çalışırıq. Bakının istisindən xoşum gəlir. Bizə əlavə güc verən azarkeşlərimiz var. Onların dəstəyi ilə yorğunluğumuz çıxır.

- İlk oyunun Bakıda keçirilməsinin hansı üstünlüyü ola bilər?
- Son vaxtlar ev-səfər amili yoxdu. Futbolçuların təcrübələri artıb. Üstünlük odur ki, öz meydanında oynadığın zaman azarkeşlər səni dəstəkləyir. İlk oyunun üstünlüyü odu ki, rəqibi daha yaxından tanıyırsan. Son vaxtlar ilk görüşün harada keçirilməsinə önəm vermirik. Çünki istənilən halda hər iki görüşdə rəqibə qarşı hazırlaşmalısan. Bu mövsümkü nəticələr də göstərir ki, birinci görüşün Bakıda olması bizim üçün faydalı olub. Yalnız xırda detallarda fərqlidi.

- Biletlərlə bağlı azarkeşləri müəyyən narazılığı var. Onların könlünü necə almağı düşünürsünüz?
- Azərbaycanda futbola maraq artıb. Bu maraq sevindiricidi. Azərbaycanda azarkeşlər var, bizdə futbolu sevirlər. Sadəcə, onları küsdürmək olmaz. Bizim əlimizə futbolumuzu inkişaf etdirmək üçün şans düşübsə, bundan maksimum istifadə etməliyik. İşimizi elə qurmalıyıq ki, azarkeşlərin futbola sevgisi davam etsin. Bu epizodlara görə onları ancaq alqışlayıram. Özümün də komandamın adından təşəkkür edirəm. Mən narazılıq deməzdim, ürəkdən gələn bir şeydi. Çox istərdim ki, onların hamısı stadionda olsun. 30 min azarkeş stadionda baxırsa, digərləri restoranlarda, monitorlarda, evlərində baxırlar. İnşallah, gələcəkdə çempionatımız yaxşı səviyyəyə gəlib çıxar və daxili çempionatlarımızda da azarkeşlərimiz olsun. Klub tərəfindən hər hansı bir çatışmazlıq olubsa, üzürlü saysınlar. İmkanım olsa, bütün futbolçuları meydana buraxardım. Hamısı çox yaxşı hazırlaşır. Eləcə də 30 mindən artıq azarkeşin oyuna gələ bilməməsinə üzülürəm. Futbolumuzun sevilməsi inkişafı üçün təkan olacaq.

- Son 6 oyunda 14 qol vursanız da, müdafiə xətti narahatlıq doğurur. Qapıçı Şahruddin Məhəmmədəliyev də daxil olmaqla burda stabillik çatmır. Qarşıda isə qrup mərhələsi gəlir. Müdafiənin gücləndirilməsi ilə bağlı nə düşünürsüz? Bu müdafiə xətti ilə nəhəng klublara qarşı nəyə ümid edə bilərik?
- Biz az qol buraxaq, amma çox qol vurub qalib gələk. Futbolda belədi ki, çox hücumda olursansa, müdafiəndə boşluqlar yaranır. Bu gün Avropada çox nadir hallarda qolsuz oyun olur. İstənilən rəqib cüzi boşluqdan istifadə edə bilir. Son vaxtlar sərgilədiyimiz oyunun bu qollarda bəlkə rolu böyükdü. Çox qapanmaq istəmirik. Oyunu rəqib meydanında qurmağa çalışırıq. Əsas vacib olan stabil nəticədi. Mən müdafiə xəttindən razıyam. Texniki səhvlər ola bilər. Məni narahat edən də hər bir xətdə olan texniki səhvlərdi. Bu da qaçılmazdı. Amma oyunçularımın rəqibdən çəkinməməsi məni sevindirir. Müdafiəçilərim daha çox təkbətək mübarizədə olurlar. Çalışırıq ki, onlar nə sürətdə, nə də təkbətək mübarizədə uduzsunlar. Hamı istəyərsiz ki, komanda daha yaxşı müdafiə olunsun. Amma mən komandamdan razıyam. Yeni müdafiəçi götürmək fikrim yoxdu. Zədəlilərimiz də sıraya dönəcək. Çempionlar Liqasının qrupunda oynamaq onların haqqıdı. Milli üzvlərimizin titullu komandalara qarşı oynaması yığmamız üçün də faydalıdı. Onların indi kənarda qalmaq yox, inkişaf etmək vaxtdı. Məsələn, Bəhlul Mustafazadənin artıq Avropa təcrübəsi var. Bəli, bəzən qurban veririk. Amma bunu onlara görə edirik.

- Hər kəs Çempionlar Liqasının qrupuna vəsiqə gözləyir. Bu amil futbolçularda psixoloji təzyiq yaradır?
- Hamı arzu, dua edir ki, qrupa düşək. Bu mənə və futbolçulara böyük məsuliyyət verir. Məncə, qrupdan oynamağımızı gözləmirlər, arzu edirlər. Bu da bizi yaxşı mənada həyəcanlı edir. İnanıram ki, sevinmək üçün hamımız bir yerdə hər şeyi edəcəyik.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

14-08-2022, 11:0

Menecerlər “Viktoriya”nı çətin, amma keçiləsi rəqib sayır - AÇIQLAMALAR

Manşet / Çempionlar Liqası

11-08-2022, 16:0

“Qarabağ”la “Viktoriya”nın fərqi - AÇIQLAMA

Dünya futbolu / Çempionlar Liqası

14-08-2022, 00:0

"Viktoriya" "Qarabağ"la oyun öncəsi qələbə qazandı

Çempionlar Liqası

15-08-2022, 20:0

"Viktoriya"nın səfər planı açıqlandı

Çempionlar Liqası

15-08-2022, 12:0

"Viktoriya" “Qarabağ”la görüşdə də üç mərkəz müdafiəçisi ilə oynaya bilər - AÇIQLAMA

Aktual
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
Son xəbərlər
  • Bu gün, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Bu gün, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Bu gün, 14:41
    “Dinamo”da kimlər var?
  • Bu gün, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Bu gün, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Bu gün, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Bu gün, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Bu gün, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Bu gün, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Bu gün, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Bu gün, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Bu gün, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Bu gün, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Bu gün, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 174
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 161
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə